Xəbərlər siyahısına qayıt

announcement
11 noyabr 2026
“Hüquqlarımı tanıyıram, özümü qoruyuram!”
Uşaq Hüquqları Aylığı və 12 Noyabr – Konstitusiya Günü münasibətilə M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında maarifləndirici tədbir keçiriləcək. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Yunis Xəlilov uşaqlarla görüşərək onların hüquq və vəzifələri, hüquqlarının qorunması və təhlükəsiz davranış qaydaları haqqında maarifləndirici söhbət aparacaq. Maarifləndirici görüşdən sonra uşaqlar üçün “Cəsur dovşan” tamaşası nümayiş olunacaq. Tarix: 12 noyabr Saat: 16:00 Giriş Ödənişsizdir qeydiyyatla 0997589855 Məkan: M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Hüquqlarını tanıyan uşaq özünü qorumağı bacarar!
