Xəbərlər siyahısına qayıt

tour
30 oktyabr 2026
Naxçıvan Dövlət Kukla Teatrı Bakı və Salyanda qastrol səfərindədir
Naxçıvan Dövlət Kukla Teatrı Bakı və Salyanda qastrol səfərdədir Naxçıvan Dövlət Kukla Teatrı 30 oktyabr tarixində Bakıda, 31 oktyabr və 1 noyabr tarixlərində isə Salyan rayonunda qastrol səfərində olacaq.
Qastrol çərçivəsində oktyabrın 30-da Ü. Heydərovanın müəllifi olduğu “Pələng” monotamaşasının Bakı premyerası keçiriləcək. Salyan rayonunda isə tamaşaçılara B. İsgəndərlinin “Özgəyə quyu qazan” və Ə. Ələsgərovanın “Dəcəl bacılar” tamaşaları təqdim olunacaq. Qastrol səfərinin əsas məqsədi teatr sənətinin təbliği, eləcə də müxtəlif bölgələrdə yaşayan tamaşaçıların səhnə əsərləri ilə görüşünü təmin etməkdir.
