Xəbərlər siyahısına qayıt
Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə keçirilən beynəlxalq uşaq teatrı festivalında Azərbaycanı təmsil edir
tour
16 noyabr 2026

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə keçirilən beynəlxalq uşaq teatrı festivalında Azərbaycanı təmsil edir

Festival çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrının kollektivi görkəmli dramaturq B. İsgəndərlinin müəllifi olduğu “Özgəyə quyu qazan” tamaşasını nümayiş etdirib. Tamaşa festival iştirakçılarına təqdim olunmaqla yanaşı, teatr kollektivinin yaradıcılıq imkanlarının, milli teatr ənənələrinin və Azərbaycan səhnə sənətinin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olub. Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq festivalda ilk dəfə iştirakı kollektivin yaradıcılıq fəaliyyətində mühüm hadisə olmaqla yanaşı, Naxçıvan teatr sənətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi dəyərləndirilir. Kollektivin festival səhnəsində çıxışı Azərbaycan uşaq teatrının özünəməxsus yaradıcılıq üslubunu, milli dramaturgiya nümunələrini və teatr mədəniyyətini nümayiş etdirmək imkanı yaradıb. Festival müddətində Naxçıvan Dövlət Kukla Teatrının kollektivi digər iştirakçı teatrların da səhnə əsərlərini izləyib. Müxtəlif ölkələri və teatr məktəblərini təmsil edən kollektivlərin tamaşalarına baxış sənət mübadiləsi, fərqli səhnə yanaşmaları ilə tanışlıq və beynəlxalq teatr təcrübəsinin öyrənilməsi baxımından maraq doğurub.

Foto Qalereya

Gallery 1
Gallery 2
Gallery 3
Gallery 4
Gallery 5
Gallery 6
Paylaş