Xəbərlər siyahısına qayıt

tour
1 noyabr 2026
Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Salyanda mədəni və tarixi məkanları ziyarət edib.
Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrına təşkil olunan qastrol səfəri çərçivəsində Salyanda bir sıra mədəni və tarixi məkanları ziyarət edib.
Səfər zamanı kollektiv əvvəlcə Salyan rayon Şəhidlər xatirə kompleksini ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra kollektiv Salyan Tarix-Diyarşünaslıq Muzeyində olub. Burada rayonun zəngin tarixi, mədəni irsi və keçmişini əks etdirən eksponatlarla tanışlıq baş tutub. Ziyarət proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində və Rəsm Qalereyasında da olan teatr kollektivi Salyanın mədəni həyatı, tarixi-mədəni dəyərləri və incəsənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib.












