
Naxçıvan Dövlət Kukla Teatrının Salyana qastrol səfəri başa çatıb
Naxçıvan Dövlət Kukla Teatrının Salyan rayon Dövlət Kukla Teatrına qastrol səfəri başa çatıb.
Qastrol səfəri çərçivəsində teatr kollektivi oktyabrın 31-də və noyabrın 1-də Salyan rayon Dövlət Kukla Teatrının səhnəsində iki tamaşa ilə çıxış edib. Oktyabrın 31-də Ə. Ələsgərovanın müəllifi olduğu “Dəcəl bacılar” tamaşası nümayiş olunub. Noyabrın 1-də isə B. İsgəndərlinin müəllifi olduğu “Özgəyə quyu qazan” tamaşası tamaşaçılara təqdim edilib. Hər iki səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşalar vasitəsilə uşaqlara və yeniyetmələrə maraqlı səhnə snümunələri təqdim olunmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə də töhfə verilib. Qastrol səfərinin əsas məqsədi teatr sənətinin təbliği, bölgələrarası mədəni əlaqələrin genişləndirilməsi, teatrlar arasında yaradıcılıq əməkdaşlığının inkişaf etdirilməsi və kukla teatrı sənətinin daha geniş auditoriyaya çatdırılması olub.











