Xəbərlər siyahısına qayıt
Naxçıvan Dövlət Kukla Teatrında ustad dərsi keçirilib
news
4 noyabr 2026

Naxçıvan Dövlət Kukla Teatrında ustad dərsi keçirilib

Noyabrın 3-də Azərbaycan Respublikasının Əməkdar artisti Elmira Kərimova M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları üçün ustad dərsi keçib.

“Səhnədən səhnəyə” layihəsi çərçivəsində təşkil olunan ustad dərsində obraz üzərində iş, səhnə plastikası, emosiyaların ifadəsi və səhnə mədəniyyəti kimi mövzulara toxunulub. Sənətçi öz zəngin səhnə təcrübəsini aktyorlarla bölüşərək peşəkar inkişafın, yaradıcılıq axtarışlarının və obrazın daxili dünyasının dərindən mənimsənilməsinin əhəmiyyətini vurğulayıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Səhnədən səhnəyə” layihəsi teatr sənətində təcrübə mübadiləsinin genişləndirilməsinə, aktyorların peşəkar inkişafına və yaradıcı əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Foto Qalereya

Gallery 1
Gallery 2
Gallery 3
Gallery 4
Paylaş