Xəbərlər siyahısına qayıt

tour
7 noyabr 2026
Naxçıvan Dövlət Kukla Teatrı Şərur rayonunda qastrol səfərində olub
M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Şərur rayonunda qastrol səfərində olub. Teatrın yaradıcı kollektivi Səyyad Məmmədovun müəllifi və quruluşçu rejissoru olduğu “Tamahkar” tamaşasını Şərur rayonunda balaca tamaşaçılara təqdim edib. Maraqlı süjet xətti, rəngarəng səhnə həlli və obrazları ilə seçilən tamaşa uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Balaca tamaşaçılar tamaşanı diqqətlə izləyib, aktyorların çıxışlarını alqışlarla müşayiət ediblər. Qastrol səfərinin əsas məqsədi teatr sənətini bölgələrdə yaşayan uşaqlara çatdırmaq, onların estetik zövqünü formalaşdırmaq və səhnə sənətinə marağını artırmaqdır. M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı bölgələrə qastrol səfərlərini davam etdirir.







