Xəbərlər siyahısına qayıt
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə qastrol səfərini davam etdirir
news
19 noyabr 2026

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə qastrol səfərini davam etdirir

Naxçıvan Dövlət Kukla Teatrının Türkiyə Respublikasında təşkil olunan qastrol səfəri davam edir. Kollektiv beynəlxalq festivalda iştirak etməklə yanaşı, qardaş ölkənin müxtəlif şəhər və rayonlarında tamaşaçılar qarşısında çıxışlarını davam etdirir. Qastrol proqramı çərçivəsində teatr kollektivi noyabrın 19-da Türkiyənin Aydın vilayətinin Çinə rayonunda olub. Çine Belediyesi Kültür Merkezində baş tutan təqdimatda B. İsgəndərlinin “Özgəyə quyu qazan” və A. P. Çexovun “Palata” əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş etdirilib. Tamaşalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində kollektivə hədiyyə təqdim olunub, həmçinin teatrın xatirəsinə plaket verilib. Qeyd edək ki, qastrol proqramı çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrının Turqutlu, Balıkəsir və Ahmetli şəhərlərində də tamaşalarla çıxış etməsi nəzərdə tutulur.

Foto Qalereya

Gallery 1
Gallery 2
Gallery 3
Gallery 4
Gallery 5
Gallery 6
Gallery 7
Paylaş