Xəbərlər siyahısına qayıt

tour
17 noyabr 2026
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyənin Aydın - Çinedə tamaşalar təqdim edəcək
Naxçıvan Dövlət Kukla Teatrı beynəlxalq festivalda iştirakı ilə yanaşı, həmçinin Türkiyə Respublikasına qastrol səfərini davam etdirir. Azərbaycanı beynəlxalq səhnədə təmsil edən teatr kollektivi qastrol proqramı çərçivəsində Türkiyənin müxtəlif şəhər və rayonlarında tamaşalar nümayiş etdirir. Teatr kollektivi hazırda Aydın - Çinedə səfərdədir. Noyabrın 17-də Çine Belediyesi Kültür Merkezində B. İsgəndərlinin müəllifi olduğu “Özgəyə quyu qazan” və A. P. Çexovun “Palata” tamaşaları tamaşaçılara təqdim olunacaq. Qeyd edək ki, Naxçıvan Dövlət Kukla Teatrının Türkiyə qastrolu çərçivəsində Manisa, Balıkəsir, Aydın, Kuşadası və Ahmetli şəhər və rayonlarında da tamaşaların nümayişi nəzərdə tutulub.
